Tədris mərkəzləri, təşkilatlar və fərdi layihələr üçün sürətli, təhlükəsiz və müasir rəqəmsal platformalar.
İmtahan nəticələrinin anında və dəqiq hesablanması.
Performansı canlı rejimdə izləyin və analiz edin.
Biometrik məlumatlar əsasında dəqiq qeydiyyat.
Hər kəsin rahatlıqla istifadə edə biləcəyi dizayn.
Təşkilatınız üçün hazırladığımız rəqəmsal platformalar
Onlayn
Onlayn imtahanların təşkili, avtomatik yoxlanış və real-vaxt nəticə analizi.
Oflayn - Kağız üzərindən
Kağız daşıyıcılar (optik vərəqlər) əsasında imtahanların idarə edilməsi.
Memarlıq layihələri və sənədlərinin rəqəmsal qaydada idarə olunması sistemi.
İnsan resursları proseslərinin rəqəmsal idarə olunması platforması.
Təşkilatınız üçün sadə, funksional və müasir veb-saytların hazırlanması.
Ehtiyaclarınıza uyğun fərdi masaüstü proqram təminatının hazırlanması.
Təcrübə
11 İL+
Tam 11 il əvvəl İT karyeramın ən mühüm və dönüş nöqtələrindən biri olan Elektron İmtahan Sistemi üzərində işə başladım. O dövrdə məqsədim yalnız rəqəmsal bir həll yaratmaq deyil, imtahan prosesini daha şəffaf, sürətli və etibarlı formada həyata keçirən bir platforma qurmaq idi.
İllər ərzində sistem müasir proqramlaşdırma yanaşmaları, stabil server infrastrukturu və təhlükəsiz məlumat bazası arxitekturası əsasında inkişaf etdirildi. Nəticədə minlərlə imtahan avtomatlaşdırılmış qiymətləndirmə və real-time nəticə analizi ilə uğurla həyata keçirildi.
Bu gün həmin təcrübənin davamı olaraq, artıq şəxsi imtahan platformam aktivdir. Platforma responsiv dizayn, rol əsaslı giriş sistemi və yüksək məlumat təhlükəsizliyi ilə yüzlərlə istifadəçiyə etibarlı xidmət göstərir.
Bu yol mənim üçün sadəcə texniki inkişaf deyil, həm də davamlı innovasiya və real problemlərə effektiv rəqəmsal həllər təqdim etmə yoludur.
E-poçt ünvanı
info@e-msi.az